- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.
Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.
Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.
PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.
"İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır", - deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.