Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.
Bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının \"Telegram\" hesabında məlumat veririlib.
\"Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək\", məlumatda qeyd olunub.
///APA
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.