AZ

Ukraynaya daha 140 hərbçisinin meyiti geri qaytarıldı

Repatriasiya çərçivəsində 140 ukraynalı hərbçinin meyiti qaytarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə bağlı Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat veririlib.

"Donetsk istiqamətində 112, Luqansk istiqamətində 20, Sumı istiqamətindən 5, Zaporojie istiqamətində 2 və Xerson istiqamətində həlak olan 1 hərbçinin meyitini vətənə qaytarmaq mümkün olub. Hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcək. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək", məlumatda qeyd olunub.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
10
yenisabah.az

10Mənbələr