AZ

Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi

Türkiyədə məhkəmə 2 il öncə İstanbulun Taksim səmtinin İstiqlal küçəsində PKK terror təşkilatının təlimatı ilə həyata keçirilən terror aktı barədə yekun qərar qəbul edib.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, sözügedən terror aktını törətməkdə təqsirləndirilən suriyaəsilli Ahlam Albashır ömürlük həbs cəzasına məhkum edilib.

Bildirilir ki, məhkəmə Albashır barəsində 7 dəfə olmaqla ömürlük həbs cəzası, yaxud 1794 il müddətinə azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.

Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
15
Mənbələr
Şərh ()
Bağla