AZ

Taksimdəki terroru törədən şəxsə 1794 il həbs cəzası verildi

Türkiyədə məhkəmə 2022-ci ilin noyabrında İstanbulun Taksim səmtinin İstiqlal küçəsində PKK terror təşkilatının təlimatı ilə həyata keçirilən terror aktı ilə bağlı yekun qərar qəbul edib. Sözügedən terror aktını törətməkdə təqsirləndirilən Ahlam Albashır ömürlük həbs cəzasına məhkum edilib.Bildirilir ki, məhkəmə Albashır barəsində 7 dəfə olmaqla ömürlük həbs cəzası, yaxud 1794 il müddətinə azadlıqdan məhrumetmə barədə qərar qəbul edib.Xatırladaq ki, 2022-ci il noyabrın 13-ü törədilən terror aktı zamanı 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb. (TRT)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
15
azadmedia.az

10Mənbələr

Şərh ()
Bağla