AZ

İranda güclü daşqınlar: 10-dan çox əyalət zərər çəkdi

İranın bir sıra əyalətlərində, xüsusən də mərkəzi və cənub-şərq bölgələrində iki gün öncə başlayan leysan nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.

KONKRET.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb.

“Son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib. Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəlucistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan daşqınlara səbəb olub”, – deyə İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
6
Mənbələr
Şərh ()
Bağla