AZ

Daşqınlar İranı cənginə aldı

İranın bir sıra əyalətində iki gün öncə başlayan leysan yağışları nəticəsində yaranan daşqınlar böyük fəsadlar törədib.Bakıvaxtı.az bu barədə “Azad İran” “Telegram” kanalına istinadla xəbər verir.Məlumata görə, daşqınlar yaşayış evlərini uçurub, yolları bağlayıb.İranın Qızıl Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatın rəhbəri Babək Mahmudi bildirib ki, son 48 saatda 1300-dən çox insan daşqınlardan zərər çəkib.Aprelin 23-dən etibarən İsfahan, Tehran, Cənubi Xorasan, Simnan, Sistan və Bəluçistan, Fars, Qum, Gülüstan, Mazandaran, Kerman və Yəzd əyalətində leysan yağışları daşqınlara səbəb olub.Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
5
Mənbələr
Şərh ()
Bağla