AZ

Türk dövlətləri parlamentlərinin komitə sədrləri mətbuat konfransı keçirib

Aprelin 25-də Milli Məclisdə Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin birinci iclasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.
Brifinqdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələri sədrlərinin ilk iclasının Türk dünyası üçün tarixi əhəmiyyətindən söz açıb, iclasın yekunları və müzakirə olunan məsələlərin önəmi barədə fikirlərini bölüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində söylədiyi nitqində bizim Türk dünyasından başqa ailəmizin olmadığı ilə bağlı dediyi fikirlərinə diqqət çəkən komitə sədri türk dövlətləri arasında əlaqələrin ikitərəfli və çoxtərəfli istiqamətlərdə, o cümlədən parlamentlər müstəvisində inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirin uğurlu keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib. O, iclasın keçirilməsi təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə, verdiyi dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, qardaş türk dövlətlərinin başçılarına, parlament rəhbərlərinə minnətdarlığını bildirib. F.Oktay türk dövlətlərinin ortaq mənafelərinin qorunmasında parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığının əhəmiyyətindən danışıb, bu əməkdaşlığın gələcək perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Sonra konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
50
Mənbələr
Şərh ()
Bağla