AZ

Daşkənddə Türk Dünyası Sammiti- II panel öz işinə başladı - FOTOLAR, VİDEO- YENİLƏNİR

Musavat.com xəbər verir ki, Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitində II panel öz işinə başlayıb. 

II paneldə Böyük Qayıdış. Azərbaycanlı qaçqınların qayıdışı, onların hüquqlarının müdafiəsinə yönəlmiş
mövcud strategiya və mexanizmlər mövzusunda müzakirə aparılacaq.

II Panelin moderatoru - “İpəkyolu Strateji Araşdırmalar Vəqfi İdarə Heyətinin sədri, Moldovanın Qaqauziya Muxtar Respublikasının Türkiyədəki rəsmi nümayəndəsi Dr. Seyfullah Türksoydur.

***

Saat 11:23

Musavat.com
xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammitində I panel öz işinə başlayıb. 

I Panelin moderatoru - Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Xalq şairi, yazıçı Sabir Rüstəmxanlıdır. 

Panel iclasında Türkiyənin Qazi Universitetinin professoru, elmlər doktoru Çetin Almas da çıxış edib.

O, erməni riyakarlığını tarixi faktlarla üzə çıxarıb. Ç. Almaz Kolumbiya bayrağı ilə Ermənistanın bayrağını göstərərək müqayisə edib və deyib ki, ermənilərin bayrağı belə saxtadır:

“O zaman Türkiyədəki Xarici İşlər nazirlərindən tutmuş katiblərinə kimi, bir çoxu erməni idi. Ən yüksək mövqelərə gətirilmişdilər. Hətta Sultan Ahmedin zamanında da ən yaxın adamları ermənilər olub. Bunlar bu ölkəyə xəyanət etdi. Mən bu toplantının Turana gedən böyük, uca yolun bir parçası olmasını arzu edirəm".

Türkiyənin Qazi Universitetinin professoru, elmlər doktoru Çetin Almas

***

Saat: 10:00

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilir.

Musavat.com xəbər verir ki, bu gün- mayın 18-də “Bentley Hotel”də təşkil olunan Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu da iştirak edir.

Tədbirin rəsmi açılış mərasimi himnin səslənməsi və sayğı duruşu ilə başlayıb. Daha sonra Qərbi Azərbaycan haqqında sənədli qısa film təqdim olunub. 

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Şamil Ayrım bildirib ki,  Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi üzümüz, ailəmiz türk dünyasıdır. Üzümüzü türk dünyasına döndərdik:

"Bu gün də toplantının türk dünyasının qədim torpağı olan Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi son dərəcə önəmlidir".

 Çıxış edən Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, bu millətin davasına qolunu çırmalamış insanların könlündə sevgi olmasa, bu davaya girməzlər:

 "Dünyaya hökm etmiş yenilməz, tək komutan, türk millətinin milli qəhrəmanı olan Əmir Teymurun məmləkətindən hər kəsə salam olsun. Biz Qərbi Azərbaycana, öz məmləkətimizə qayıdacağıq. Özbək qardaşlarımızın, bu salona gələn hər bir türk qardaşımın  Azərbaycanın acısını, dərdini paylaşmasını görmək qürurvericidir”.  

“Bizim özümüzün intellektual kapitalımız, gücümüz var. İntellektual kapitalı olan bir millətə heç bir yad qüvvə təsir edə bilməz. Buna gücləri yetməz”.

Musavat.com xəbər verir ki, bu fikirləri  çıxışı zamanı Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova deyib.

O bildirib ki, Qarabağ yenidən əzəli sahiblərinə qayıtdı, düşmən tapdağında qalmadı:

“Çünki bu torpaqlar əzəldən Azərbaycanın olub. Bu torpaqlar uğrunda qan, can qoyulub. Heç kim işğal edə bilməz. Bu gün Türk dünyası olaraq biz bir yerdəyik. Bundan sonrakı nəsillər də bu ideyanı davam etdirəcəklər. Yaşasın Türk dünyası”. 

 "Yeni Müsavat" Media qrupunun rəhbəri Rauf Arifoğlu çıxışında bildirib ki, Türk dünyasının nadidə parçası olan Azərbaycan Türkləri son 4 il zərfində 100 illərlə xəyal edilən ülkü və amalları yaşamaqdadırlar:

"Cəsur bir qərarla Vətən müharibəsi modelində Qurtuluş savaşına başlayan Azərbaycan türkləri Qarabağı işğaldan azad etdi, Şuşa, Hadrut, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli kimi müqəddəs türk torpaqlarını ana vətən parçasına birləşdirdi. Daha sonra isə Xankəndi, Xocalı, Əskəran, Ağdərə azadlığına qovuşdu, türklüyün müqəddəs iki bayrağı azad edilən torpaqlarımızda dalğalandı". Çıxışın tam mətni burada

Özbəkistan millət vəkili, parlamentin Ailə və Qadın komissiyasının rəhbəri Cəmilə Şərmuhammedova

Şamil Ayrım – Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan
Parlamentlərarası Dostluq Qrupunun həmsədri


Tənzilə Rüstəmxanlı – Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri

d9d9f18c-4ccb-4c33-9b7d-ccc6cc04ee02.jpg

Özbəkistandakı səfirimiz Hüseyin Quliyev

Musavat.com



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
1
musavat.com

10Mənbələr