AZ

Türk dövlətləri Qərb ölkələrinin riyakarlığını yadda saxlamalıdır - Türkiyə parlamentinin deputatı

Türkiyə parlamenti bundan sonra da qardaş və dost Azərbaycanın və Şimali Kipr Türk Respublikasının (ŞKTR) maraqlarını bütün platformalarda qətiyyətlə müdafiə edəcək. SİA xəbər verir ki, bu fikirləri Türkiyə-ŞKTR parlamentlərarası dostluq qrupunun sədri Orhan Erdem Şimali Kiprin Girne şəhərində Azərbaycan və Kipr Dostluq Cəmiyyətinin təşkil etdiyi konfransda çıxışı zamanı bildirib.“Türkiyə Böyük Millət Məclisinin deputatları hər fürsətdə Azərbaycanı və ŞKTR-ni dəstəklədiklərini bəyan edirlər. Əminəm ki, iki dost ölkənin parlamentariləri də analoji mövqedən çıxış edirlər. Bizim gücümüz birlikdə və həmrəylikdədir”, - deyə Orhan Erdem bildirib.O qeyd edib ki, türk dövlətləri Qərb ölkələrinin əlində alətə çevrilməməlidir.“Bu dövlətlərin əsl simalarını biz Qarabağ münaqişəsinin nümunəsində, Kiprdə, Yaxın Şərqdə gördük”, - deyə deputat vurğulayıb.Onun sözlərinə görə, bir neçə on il dövlətlərin tarixi üçün kiçik dövrdür. “Əminəm ki, Azərbaycan xalqı üç onillikdən sonra üç mindən çox qəhrəmanın qanı bahasına əzəli torpaqlarını işğaldan azad edərək ədalətə nail olduğu kimi, Şimali Kipr xalqı da buna nail olacaq”, - deyə o qeyd edib.Bununla yanaşı, Orhan Erdem ümidvar olduğunu bildirib ki, Türkiyə, ŞKTR və Azərbaycan parlamentlərarası dostluq qrupunun üçtərəfli iclası vaxtaşırı olaraq bu üç dost ölkənin hər birində keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
332
50
sesqazeti.az

10Mənbələr