AZ

Matias “Neftçi”ni seçdiyinə görə peşmandı?

“Neftçi”nin futbolçusu Yuri Matias sabiq klubu “ÇFR Kluj”un (Rumıniya) onunla maraqlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Braziliyalı müdafiəçi Rumıniyanın “Prosport” nəşrinə açıqlama verib. O deyib ki, fürsət düşsə, həmin ölkəyə qayıdar:
“Son xəbərləri oxuyuram, amma “ÇFR Kluj”a qayıtmağımla bağlı heç nə bilmirəm. Futbolda hər şey mümkündü. Bilirəm ki, məni “ÇFR Kluj” və ümumilikdə Rumıniyada dəyərləndirirlər. Fürsət düşsə, ora qayıdardım. Təəssüf ki, göründüyü kimi, hazırda komandanın durumu yaxşı deyil. Ümid edirəm ki, “ÇFR Kluj” yenidən güclü olacaq. Superliqada hər oyunu izləyirəm, Rumıniya çempionatından xəbərdaram. Bildiyiniz kimi, mən də rumın dilini öyrənmişəm, Orda çoxlu dostlarım var”.


Matias “Neftçi” barədə də danışıb:
“Özümü burada yaxşı hiss edirəm. Demək olar ki, hər matçda oynayıram. Bu mövsüm “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq şansımız yoxdu. Buna görə ikinci yeri hədəfləyirik. Bunun üçün də çalışırıq”.


Xatırladaq ki, Matias “Neftçi”yə ötən yay məhz “ÇFR Kluj”dan keçib. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin iyununa qədərdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
6
Mənbələr
Şərh ()
Bağla