AZ

Təbrizdə Ermənistanın Baş konsulluğu - Qərar verildi

Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Konsulluğun xərclərinin smetası da təsdiqlənib. İclasda baş konsulun aylıq əməkhaqqısının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.

Xatırladaq ki, 2022-ci il oktyabrın 21-də İranın Ermənistanın Qafan şəhərində Baş konsulluğu açılıb. 2023-cü ilin dekabrında İran XİN-in rəhbəri Hüseyn Əmir Abdullahian Tehranda ermənistanlı həmkarı ilə keçirdiyi mətbuat konfransında 2024-cü ilin əvvəlində Təbrizdə Ermənistanın Baş konsulluğunun açılacağını bəyan etmişdi.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
4
Mənbələr
Şərh ()
Bağla