AZ

Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq

Ermənistan hökuməti İranın Təbriz şəhərində Baş konsulluq açmaq haqqında qərar qəbul edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qərar Ermənistan hökumətinin aprelin 25-də keçirilən iclasında qəbul olunub.

Bildirilib ki, konsulluğun xərclərinin smetası da təsdiqlənib. Məlumata görə, iclasda baş konsulun aylıq əməkhaqqının 2 565 dollar, yaxud Ermənistanın Tehrandakı səfirinin maaşının 5/6 nisbətində olması təsdiqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
aznews.az

6Mənbələr

Şərh ()
Bağla