AZ

Azərbaycana turistlər daha çox Asiya ölkələrindən gəlir

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb. Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan - 2,4 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Bəhreyndən - 2,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,0 dəfə, Qırğızıstandan - 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır.

Digər diqqəti çəkən digər məqam Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar.

Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempini qorunub saxlanılıb: Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır.

Millət vəkili Vüqar Bayramov

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8077
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5245
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5047
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4790
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4562
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3073
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2708
Sabah 20 dərəcə isti olacaq
2659
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2242
Röyanın biabırçı videosu yayıldı
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2093
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2063
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1832
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1707
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1670
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607