AZ

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

“Gələn turistlərin artım dinamikasında yenə də Asiya ölkələri öndədir. Belə ki, bu müddətdə Çindən gələnlərin sayı 3,7 dəfə, Hindistandan 2,4 dəfə, Qazaxıstandan 2,4 dəfə, Bəhreyndən 2,1 dəfə, Səudiyyə Ərəbistanından 2,0 dəfə, Qırğızıstandan 2,0 dəfə artıb. Bununla belə, Azərbaycana gələn turistlərin yarıdan çoxu 3 qonşu ölkənin payına düşür: Gələnlərin 28,7 faizi Rusiya, 19,3 faizi Türkiyə, 10,3 faizi İran vətəndaşlarıdır. Digər diqqəti çəkən məqam Hindistandan gələnlərin sayındakı artımdır. Gələnlərin ümumi turistlərin sayındakı çəkisinə görə Hindistan artıq ilk dördlükdədir. Birinci rübdə gələn turistlərin 7.2 faizi Hindistan vətəndaşları olublar”.

 

Deputat qeyd edib ki, Avropadan və Körfəz ölkələrdən gələnlərin sayında yüksək artım tempi qorunub saxlanılıb.

 

“Avropa İttifaqından gələnlərin sayı 1,6 dəfə, Ərəb dövlətlərindən gələnlərin sayı 1,5 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı cəmi 31,0 faiz artıb. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq