AZ

Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO

Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO

"Nə qardaşımın, nə də atamın məzarını tapa bildik. Ermənilər Qarağacı qəbiristanlığını bütünlüklə dağıdıblar. Böyük ümidlərlə getmişdik, ancaq əliboş qayıtdıq".

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib. O bildirib ki, Ağdam işğaldan azad olunandan sonra qardaşının dəfn olunduğu qəbiristanlığa gediblər və gördüklərinə inanmayıblar.

"Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun vəsiyyətini yerinə yetirmək üçün portalda qeydiyyatdan keçib Şıxbaba kəndinə getdik. Ancaq gördüklərimiz bütün xəyallarımı yerlə bir etdi. Qarağacı məzarlığında bir qəbir salamat qalmamışdı. Atamı da orada dəfn etmişdik. Nə onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtdıq".

Bacısının sözlərinə görə, gələcəkdə Qarağacı qəbiristanlığında qardaşına yenidən məzar abidəsi qoyacaqlar:

"Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib onun qəbrinin üzərinə tökdük".

N.Quliyeva bildirir ki, köç başlayan zaman qardaşı və bacısı ilə birlikdə Ağdama gedəcəklər.

Qeyd edək ki, 1988-ci ildə Sovet İttifaqının rəhbərləri tərəfindən himayə olunan Ermənistan Azərbaycana qarşı torpaq iddiasına başladı. Bu iddia bir ssenari ilə həyata keçirilirdi.

1988-ci il fevralın 21-də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin yalnız erməni deputatlarının iştirakı ilə keçirilən növbədənkənar legitim olmayan iclasında vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistanın inzibati-ərazi bölgüsünə daxil edilməsi barədə qərar qəbul edildi. Sessiyada Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında Azərbaycan və Ermənistanın hakimiyyət orqanlarına müraciət olundu. Həmin vaxt ermənilər Xankəndidə vilayət Partiya Komitəsinin binası qarşısında mitinq keçirir, Azərbaycana qarşı əsassız iddialar səsləndirir, qərarın dərhal SSRİ Ali Sovetinə göndərilməsini tələb edirdilər.

Belə bir məqamda Azərbaycan rəhbərliyi sussa da, Qarabağ əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olur, SSRİ rəhbərliyindən ədalətsizliyə son qoyulmasını tələb edirdi. Fevralın 21-də minlərlə azərbaycanlı ermənilərin əsassız iddialarına etiraz etmək üçün Ağdamın mərkəzində toplaşdı. Fevralın 22-də səhər saatlarında silahsız azərbaycanlılar Əsgərana doğru hərəkət etdilər. Yürüş edənlərin məqsədi dava salmaq yox, yaranan anlaşılmazlığa son qoymaq idi.

Əli ilə Bəxtiyar da mitinqçilər sırasında idilər və haqsızlığa qarşı var səsləri ilə hayqırırdılar. Azğın düşmən tərəfindən mitinqçilərə doğru açılan qəfil atəşlə Əli və Bəxtiyar şəhid edildilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8006
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5225
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5013
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4768
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4541
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3747
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3071
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2761
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2700
Sabah 20 dərəcə isti olacaq
2641
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2277
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2238
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2090
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2051
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1822
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607