AZ

Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Nə qardaşımın, nə də atamın məzarını tapa bildik. Ermənilər Qarağacı qəbiristanlığını bütünlüklə dağıdıblar. Böyük ümidlərlə getmişdik, ancaq əliboş qayıtdıq”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağda verdiyi ilk iki şəhiddən biri olan Bəxtiyar Quliyevin bacısı Nailə Quliyeva deyib. O bildirib ki, Ağdam işğaldan azad olunandan sonra qardaşının dəfn olunduğu qəbiristanlığa gediblər və gördüklərinə inanmayıblar.

“Anam son nəfəsinə qədər qardaşımın məzarını ziyarət etməyi arzulayırdı. Onun vəsiyyətini yerinə yetirmək üçün portalda qeydiyyatdan keçib Şıxbaba kəndinə getdik. Ancaq gördüklərimiz bütün xəyallarımı yerlə bir etdi. Qarağacı məzarlığında bir qəbir salamat qalmamışdı. Atamı da orada dəfn etmişdik. Nə onun, nə də qardaşımın qəbrini tapa bildik. Böyük üzüntü ilə geri qayıtdıq”.

Bacısının sözlərinə görə, gələcəkdə Qarağacı qəbiristanlığında qardaşına yenidən məzar abidəsi qoyacaqlar:

“Onun adına bir abidənin olmasını istəyirik. Çünki anam illərlə o məzara həsrət yaşadı, o həsrətlə bu dünyadan köçdü. Hətta Ağdam torpağından gətirib onun qəbrinin üzərinə tökdük”.

N.Quliyeva bildirir ki, köç başlayan zaman qardaşı və bacısı ilə birlikdə Ağdama gedəcəklər.

Seçilən
192
2
1

1Mənbələr

Şərh ()
Bağla