AZ

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

DİM
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib. Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış anlaşma memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub, eyni şərtlərlə yenidən memorandum imzalanması məqsədəuyğun hesab edilib.
Xatırladaq ki, memorandum çərçivəsində 2023-cü ildə DİM öz ekspertlərini Gürcüstana göndərib və onlar MQİM-də müəllimlərin peşəkar ixtisasartırma imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı materiallarının qapalı şəraitdə ekspertizasını həyata keçiriblər. MQİM, öz növbəsində, DİM-in buraxılış imtahanlarında (9-cu və 11-ci siniflər) gürcü dili fənni üzrə istifadə etdiyi test tapşırıqlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işlərini aparıb. Qeyd edək ki, imzalanmış anlaşma memorandumları Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının protokollarinda da öz əksini tapır və icrası barədə qurumlar tərəfindən hesabat verilir.

Görüşün sonunda M.Abbaszadə N.Tseretelini Azərbaycana işgüzar səfərə dəvət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
5
Mənbələr
Şərh ()
Bağla