AZ

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, görüşdə Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış anlaşma memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub, eyni şərtlərlə yenidən memorandum imzalanması məqsədəuyğun hesab edilib.

Xatırladaq ki, memorandum çərçivəsində 2023-cü ildə DİM öz ekspertlərini Gürcüstana göndərib və onlar MQİM-də müəllimlərin peşəkar ixtisasartırma imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı materiallarının qapalı şəraitdə ekspertizasını həyata keçiriblər. MQİM, öz növbəsində, DİM-in buraxılış imtahanlarında (9-cu və 11-ci siniflər) gürcü dili fənni üzrə istifadə etdiyi test tapşırıqlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işlərini aparıb.

Qeyd edək ki, imzalanmış anlaşma memorandumlari Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının protokollarinda da öz əksini tapır və icrası barədə qurumlar tərəfindən hesabat verilir.

Görüşün sonunda M.Abbaszadə N.Tseretelini Azərbaycana işgüzar səfərə dəvət edib.

Sevinc Qarayeva 























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
5
525.az

6Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh