AZ

Türkiyənin qabaqcıl 50 klinikası və məşhur həkimləri Bakıda toplanacaq

Aprelin 26-27-də ölkəmizdə “Bakı Beynəlxalq Sağlamlıq Turizmi Sərgisi, Bakı Sağlamlıq Sərgisi” keçiriləcək. Türkiyə Palatalar və Birjalar Birliyinin, DEİK Səhiyyə İş Şurasının və Xidmət İxracatçıları Assosiasiyasının dəstəyi ilə ALZ International tərəfindən təşkil olunan sərgidə qardaş ölkənin qabaqcıl xəstəxanaları, klinikaları, termal müəssisələri və həkimləri iştirak edəcəklər. 

Herbiand.az-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından verilən xəbərə görə, sərgiyə gələn qonaqlar müxtəlif sahələrdən mütəxəssis həkimlərlə görüşəcək, müalicə ehtiyacları və estetik əməliyyatlar barədə məlumat alacaq, saç əkimi mütəxəssisləri ilə məsləhətləşə biləcəklər. Həmçinin diş müalicəsi və gülüş estetikasında ən son trendlərlə tanış olacaq, dünya səviyyəli ginekoloqlarla görüşə, SPA, reabilitasiya mərkəzlərini kəşf edə biləcəklər. 

Eyni zamanda Türkiyədə çox böyük inkişaf yolu keçmiş və yeniliklərin tətbiqi üzrə məşhur olan onkologiya sahəsində ixtisaslaşmış səhiyyə müəssisələri ilə tanış olmaq imkanı qazanacaqlar. 

Qeyd edək ki, "Baku Hilton" hotelində keçiriləcək sərgiyə 26 aprel cümə və 27 aprel şənbə günləri saat 11:00-dan 18:00-dək pulsuz daxil ola biləcəksiniz. Diqqətinzə onu da çatdıraq ki, dünya sağlamlıq turizminin parlayan ulduzu olan Türkiyəyə 2024-cü ildə müalicə üçün 2 milyondan çox əcnəbinin gəlməsi proqnozlaşdırılır.

Seçilən
93
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
17095
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
15330
Səidə Sultan klipi üçün lüt soyundu
11463
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10538
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9475
Faiq Sadıqov
9456
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
6055
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5949
Gənc aparıcı vəfat etdi - FOTO
5826
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5513
10 yaşlı uşağın faciəvi ölümü
5510
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5464
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
5007
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4676
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4357
Ruslan Müşfiqabadlının anası vəfat edib
3973
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3451
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3281
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3257