AZ

Hakan Fidan: "NATO XİN başçılarının növbəti qeyri-rəsmi görüşü Türkiyədə keçiriləcək"

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında təşkilat üzvlərinin növbəti qeyri-rəsmi görüşünün 2025-ci ildə Türkiyədə keçirilməsi barədə qərar qəbul edilib.

Gundem.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.





XİN başçısı növbəti görüşün Türkiyədə keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu təklif qəbul olunub.

“Türkiyə 72 ildir NATO-nun mühüm üzvüdür. 72 ildir ki, NATO-ya töhfə verir. Silahlı qüvvələrimiz NATO missiyalarında fəal iştirak edir”, - H.Fidan bildirib.

Onun sözlərinə görə, görüş çərçivəsində üç sessiya keçirilib: NATO-ya üzv ölkələrin XİN başçıları arasında danışıqlar, NATO-Ukrayna Şurasının iclası və Asiya-Sakit okean regionunda tərəfdaşlarla görüş.

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla