AZ

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Aprelin 12-də Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.

Onun sözlərinə görə, iclasda regional və beynəlxalq gündəliyin cari aspektlərinin, MDB çərçivəsində qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa iclasda siyasi, mədəni-humanitar, turizm və idman sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş bir sıra qərarların qəbulu planlaşdırılır.

Seçilən
184
18
Mənbələr
Şərh ()
Bağla