AZ

"Sumqayıt"ın baş məşqçisi“Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək

Bakı. Trend:

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyadatəcrübədədir.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bir neçə gün öncə Madridə yollanan SamirAbasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandalarıarasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada birhəftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyənçalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və birsıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsiaparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisiXavi ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fizikihazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
2
Mənbələr
Şərh ()
Bağla