AZ

Samir Abasov “Barselona”nın düşərgəsində - Xavi ilə görüşəcək

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.

Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi ilə də görüşü nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
14
milli.az

10Mənbələr

Şərh ()
Bağla