AZ

Məhəmməd Muradlı finalda Aydın Süleymanlıya rəqib oldu

Məhəmməd Muradlı kişi şahmatçılar arasında təşkil edilmiş Azərbaycan çempionatının həlledici – final görüşünə vəsiqə qazanıb.

Arena.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ikinci finalçı ötən gün müəyyənləşib.

Məhəmməd Muradlı ilə Vüqar Rəsulov arasında klassik oyunlardan sonra heç-heçə qeydə alınıb. Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdiriblər.

Xatırladaq ki, əsasnaməyə əsasən, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət sonda armageddon ilə qalib müəyyən olunur. Tay-brekdə ilk oyunda qara fiqurlarla oynayan Muradlı qələbə qazanıb. Növbəti oyunda Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd məğlubiyyətin əvəzini çıxıb – 3:3. Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb – 4:3.

Bu gün başlayacaq final mübarizəsində çempionluq uğrunda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaqlar. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
10
Mənbələr
Şərh ()
Bağla