AZ

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

Şahmat

Bakı, 24 aprel, AZƏRTAC

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Muradlı ilə Vüqar Rəsulov arasında klassik oyunlardan sonra heç-heçə qeydə alınıb. Hərəyə 1 qələbə qazanan şahmatçılar finala vəsiqə uğrunda tay-brekdə mübarizəni davam etdiriblər.

Əsasnaməyə görə, bu halda 2 rapid oyun və əgər bərabərlik pozulmazsa, 2 blits partiya və nəhayət, sonda armageddon ilə qalib müəyyənləşir. Tay-brekin ilk görüşündə qara fiqurlarla oynayan Məhəmməd Muradlı qələbə qazanıb. Növbəti oyunda Vüqar Rəsulov hesabı bərabərləşdirməyə nail olub. Blitsdə ilk qələbəni bu dəfə Vüqar Rəsulov əldə edib, daha sonra qara fiqurlarla oynayan Məhəmməd Muradlı məğlubiyyətin əvəzini çıxıb – 3:3. Üçüncü oyunda qalib gələn Məhəmməd Muradlı finala adlayıb.

Bu gün başlayacaq final mübarizəsində çempionluq uğrunda Aydın Süleymanlı və Məhəmməd Muradlı yarışacaq. 3-cü yer uğrunda görüşdə Vüqar Rəsulov ilə Xəzər Babazadə üz-üzə gələcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
10
Mənbələr
Şərh ()
Bağla