AZ

Yucin Si: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haba çevrilir”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haba çevrilir.

"Report" xəbər verir ki, bunu limanın baş əməliyyat inzibatçısı Yucin Si "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbir çərçivəsində “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji panelində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakı Limanı tam qüvvəsi ilə işləyir: “Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tondur. İkinci faza çərçivəsində limanın ümumi yükaşırma gücünü 15 milyon tondan 25 milyon tona və 100 min TEU-dan 500 min TEU konteynerədək artırmaq planlaşdırılır".

Y. Si "Report"a billirib ki, limanın ikinci fazasının baş planın hazırlanması artıq başa çatıb.

Xatırladaq ki, 2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təxminən 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 16 % çoxdur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və "yaşıl" həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.

Tədbirdə çıxış edən Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin elmi işçisi Kanq Cie bildirib ki, Orta Dəhliz təkcə Qərb və Şərq dəhlizini deyil, eyni zamanda Şimal və Cənub dəhlizlərini də birləşdirir.

Onun sözlərinə görə, bu layihə heç bir vəchlə ölkələri zəiflətməyə deyil, əksinə regional əməkdaşlığı gücləndirməyə xidmət edir: “Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və "Bir kəmər bir yol" layihəsi Qərb ölkələrində yeni sənayeləşmə növlərinin axtarıb tapmağa kömək edir. Bu, Azərbaycan tərəfindən yeni fiberoptik xətlərin Transxəzər ölkələrinə çəkilməsinə şərait yaradır. Bu xətlərin çəkilməsi ilə Azərbaycan böyük ehtimalla çox mühüm məlumat mərkəzinə çevriləcək. Bu da Azərbaycanda kifayət qədər rəqəmsal infrastrukturun qurulmasına kömək edəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
14
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6757
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6517
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1007
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
986
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
984
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
982
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
572
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
368
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
220
Arda Gülər dayanmır, yenə fərqləndi -
190
Arda dubl etdi - VİDEO
169
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
165
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
148
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
114