AZ

Hamburqdan Kiyevə qardaş yardımı: 3 avtobus, 3 təcili yardım - "MERCEDES"...

Almaniyanın Hamburq bələdiyyəsi Ukraynanın paytaxt Kiyev bələdiyyəsinə avtobuslar və təcili yardım maşınları bağışlayıb.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Hamburq meri Peter Çençer kiyevli həmkarı Vitali Kliçkonun dəvəti ilə Kiyevə səfər edib.

 

“Bu gün Kiyev Hamburqdan yeni yardım aldı - 3 "Mercedes" markalı şəhər sərnişin avtobusu: aşağı mərtəbəli, müasir salon və kondisioner sistemi. Yaxın vaxtlarda onlar paytaxt marşrutlarına daxil olacaqlar. Biz həmçinin 3 müasir “Mercedes” təcili yardım maşını aldıq”, - deyə Kliçko bildirib.

 

Onun sözlərinə görə, müharibə başlayandan bəri Hamburq Kiyevi 6 müasir sərnişin avtobusu və 9 təcili yardım maşını ilə təmin edib. Tezliklə yeni şəhər avtobusları gəlməlidir.

 

“Biz çox minnətdarıq ki, Ukrayna üçün bu dramatik zamanda dostlarımız və tərəfdaşlarımız bizi dəstəkləyir və bizə kömək edirlər”, - Kliçko əlavə edib. 

 

Qeyd olunub ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Hamburq müharibədən qaçan 45 min ukraynalıya sığınacaq verib. Həmçinin bu müddət ərzində şəhər Kiyevə külli miqdarda humanitar yardım və tibbi ləvazimat verib.

Seçilən
215
14
Mənbələr
Şərh ()
Bağla