AZ

Qanunsuz yollarla Türkiyəyə keçən 14 nəfər saxlanıldı

Türkiyənin Ədirnə şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 14 qeyri-qanuni miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Ədirnə Valiliyi məlumat yayıb.

Məlumata görə, Jandarma Komandanlığı qanunsuz miqrasiyanın qarşısını almaq üçün şəhərdə yoxlamalar aparıb.

Bu zaman Yunanıstanla sərhəd ərazidə 14 əcnəbi vətəndaşı yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
23
e-huquq.az

10Mənbələr