AZ

Ukraynada hər gün 10-a yaxın fərari ölkəni tərk etməyə çalışır

Hər gün 10-a yaxın kişi saxta sənədlərlə Ukrayna ərazisini tərk etməyə cəhd edir...Poliqon xəbər verir ki, Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko bildirib. Rəsminin sözlərinə görə, hərbi xidmətdən qaçanlar sərhədçilərə rüşvət verməyə çalışırlar.“Təbii ki, kişilər saxta sənədlər təqdim etməyə çalışarkən, keçid məntəqələri vasitəsilə sərhədi qanunsuz keçməyə cəhdlər də olur. Belə hallar hər gün sərhəddə qeydə alınır. Hər gün sərhədi keçmək istəyərkən ifşa etdiyimiz təxminən 10 nəfər ola bilər”, deyə Demçenko telemarafonda efirdə bildirib.Dövlət Sərhəd Xidmətinin spikeri Moldova və Rumıniyanı çağırışçılar arasında ən populyar istiqamətlər kimi göstərib. O, qeyd edib ki, rəhbərlik etdiyi idarənin əməkdaşları hüquq-mühafizə orqanları ilə birlikdə sərhədyanı ərazidə qanunsuz sərhədi keçmək cəhdlərini ifşa etmək üçün fəaliyyət göstərirlər.Qeyd edək ki, aprelin ortalarında Ukrayna hakimiyyəti səfərbərliyi sərtləşdirən qanun qəbul edib. Sənəddə vətəndaşlar haqqında məlumatların hərbi komissarlıqlara, o cümlədən xaricdə yaşayanlara icbari təqdim edilməsi, hərbi bileti olmadığına görə hərbi xidmətə cəlb olunan şəxsi həbs etmək hüququ təqdim edilir. Ukrayna vətəndaşları artıq verilmiş çağırış vərəqəsinə uyğun olaraq hərbi komissarlığa gəlmədiklərinə görə cinayət məsuliyyəti daşıyırlar.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
23
poliqon.az

10Mənbələr