AZ

Finlandiya Rusiya ilə sərhədlərini necə QORUYUR?

Finlandiya uzun müddət Rusiyanı sakitləşdirə biləcəyinə inanıb.

 

Modern.az xəbər verir ki, "Wall Street Journal"ın yazdığına görə, indi Moskva Helsinkidə 1 nömrəli düşməndir.

 

Nəşr yazır ki, xizək sürən silahlı fin sərhədçiləri ölkənin şərq cinahında NATO-nun Rusiya ilə ən yeni və ən uzun sərhədində patrul həyata keçirir. Helikopterlər və dronlar ülgüc məftilləri və 24 saatlıq elektron müşahidə ilə əhatə olunmuş yeni hasarlar boyunca uçur.

 

Qeyd olunub ki, yeni tədbirlər Finlandiyanı Rusiyanın getdikcə artan aqressiv hərəkətlərindən qorumaq üçün nəzərdə tutulub. Finlandiya son aylarda miqrant dalğaları ilə üzləşib.

 

“Finlandiya hesab edir ki, keçən ilin sonunda Rusiya ilə sərhədin bağlanmasından sonra da davam edən miqrant axını Moskvanın Finlandiya təhlükəsizlik xidmətlərini qorxutmaq və sınaqdan keçirmək üçün apardığı hibrid müharibənin bir hissəsidir”, - materialda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
23
modern.az

10Mənbələr