AZ

"Real"ın oyunçusu "Liverpul"a rədd cavabı verdi

İngiltərənin "Liverpul" klubu "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverde üçün 150 milyon avro ödəməyə hazırdır.

 

Sfera.az bildirir ki, təklifə baxmayaraq, futbolçu Madrid klubundan ayrılmaq istəmədiyini söyləyib.

 

Xatırladaq ki, 25 yaşlı Valverde 2016-cı ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm yarımmüdafiəçi "Los Blankos"un heyətində 42 oyun keçirib, bir qol vurub və 8 məhsuldar ötürmə edib. Futbolçunun hazırki klubu ilə müqaviləsi 2029-cu ilin iyunun sonuna kimi qüvvədədir. Onun təxmini dəyəri 100 milyon avrodur.

 

Fatimə Lətif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
46
sfera.az

10Mənbələr