AZ

Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq - Şarl Mişel

İki ölkə arasında sərhədlərin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayırıq.Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" sosial şəbəkəsində yazıb.

"Hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq”, - Şarl Mişel qeyd edib.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
48
Mənbələr
Şərh ()
Bağla