AZ

Şarl Mişel Qazaxın 4 kəndinin qaytarılması barədə: "Sülh yolu ilə ..."

Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışlayırıq.

Teleqraf.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” sosial şəbəkəsində yazıb.

“Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas götürüldüyü iki ölkə arasında sərhədlərin delimitasiyası razılaşmasını alqışlayırıq".

O qeyd edib ki, hər bir ölkənin ərazi bütövlüyünün birmənalı tanınmasına əsaslanan sərhədlərin delimitasiyası Brüsseldə də müzakirələrin əsas elementinə çevrilib və bütün regionun sülh yolu ilə açılması istiqamətində mühüm addım olacaq.

Aprelin 19-da Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
48
Mənbələr
Şərh ()
Bağla