AZ

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb.

Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir.

Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi, zərifliyi və rahatlığı özündə birləşdirən "A Touch of Archery" unikal dizaynı ziyarətçilər üçün xüsusilə komfortlu atmosfer yaradır.

184 yerlik restoran iki mərtəbədən ibarətdir. Burada qonaqlara tez və effektiv xidmət göstərmək üçün interaktiv özünəxidmət köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (Experience of the Future) kimi innovativ texnologiyalar tətbiq olunur.

Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul etməyə imkan verən "Table Service" xidməti təklif edir.

Ziyarətçilər "McCafe"də müxtəlif isti içkilərin və desertlərin geniş seçimindən həzz ala, həmçinin restorana daxil olmadan sifarişlər verməyə və onları qəbul etməyə imkan verən rahat "ekspress pəncərə" xidmətindən yararlana bilərlər.

Onu da qeyd edək ki, qonaqlar yaxın vaxtlarda açıq terrasdan istifadə edə biləcəklər. Ən kiçik qonaqlar üçün isə ikinci mərtəbədə uşaq əyləncə güşəsinin quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, restoranda hazırda 100-ə yaxın əməkdaş çalışır. "McDonald's Azərbaycan" şirkəti ümumilikdə 2400 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan "McDonald’s" şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

"McDonald's" Azərbaycanın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14414
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11350
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9245
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3083
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2640
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2388
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2363
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2183
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1854
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1678
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1218
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
838
Azərbaycan nefti ucuzlaşdı
797
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
790
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
746
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
713
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
695
Arda Gülər dayanmır, yenə fərqləndi -
613