AZ

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb (FOTO)

Bakı. Trend:

“McDonald's Azərbaycan” şirkətinin qida sənayesinin ən müasirtələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakışəhərində açılıb.

Restoran Azadlıq prospekti 100 (“Olympus Nəsimi” yaşayışkompleksinin yanı) ünvanında yerləşir.

Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi, zərifliyi vərahatlığı özündə birləşdirən “A Touch of Archery” unikal dizaynıziyarətçilər üçün xüsusilə komfortlu atmosfer yaradır.

184 yerlik restoran iki mərtəbədən ibarətdir. Burada qonaqlaratez və effektiv xidmət göstərmək üçün interaktiv özünəxidmətköşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (Experience ofthe Future) kimi innovativ texnologiyalar tətbiq olunur.

Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbuletməyə imkan verən “Table Service” xidməti təklif edir.

Ziyarətçilər “McCafe”də müxtəlif isti içkilərin və desertləringeniş seçimindən həzz ala, həmçinin restorana daxil olmadansifarişlər verməyə və onları qəbul etməyə imkan verən rahat“ekspress pəncərə” xidmətindən yararlana bilərlər.

Onu da qeyd edək ki, qonaqlar yaxın vaxtlarda açıq terrasdanistifadə edə biləcəklər. Ən kiçik qonaqlar üçün isə ikincimərtəbədə uşaq əyləncə güşəsinin quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, restoranda hazırda 100-ə yaxın əməkdaş çalışır.“McDonald's Azərbaycan” şirkəti ümumilikdə 2400 nəfərdən çoxAzərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan“McDonald’s” şirkəti 25 ildən artıqdır ki, yerli istehsalıngenişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorununinkişafına öz töhfəsini verir.

“McDonald's” Azərbaycanın tədarük və logistika, işəgötürmə kimiiqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerlişirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s.şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın
“McDonald's”ın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
Mənbələr
Şərh ()
Bağla