AZ

O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova

Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (şairə Zivər Ağayeva - red.) zəng etdi. İtkimə, dərdimə ithafən o sözləri ("Yoxluğunu bilə-bilə" mahnısı - red.) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. "Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə" sözlərini gətirdi və bu söz məni çox tutdu".

Bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında yazıb.

Müğənni arxiv görüntülərini paylaşaraq, həyat yoldaşının vəfatından bəhs edib:

"Bu hadisədən sonra zəng etdim Xalq artisti Elza İbrahimovaya, dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım".

Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. Müğənni məşhur cərrah İbrahim Topçubaşovla evli olsa da, övladı olmayıb. İ.Topçubaşovun ölümündən bir neçə il sonra F.Kərimova iş adamı Faiq Şəfiyevlə ailə qurub. Bu nikahdan onların Zümrüd adında bir qızı dünyaya gəlib. Bu evlilik də uzun davam etməyib. Zümrüdün altı yaşı olanda Faiq bəy avtomobil qəzasında dünyasını dəyişib. Flora Kərimovanın Zümrüddən savayı Oqtay adında bir oğlu da var. (Axşam.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17314
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12461
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9943
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4110
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3692
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3173
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2573
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2206
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2096
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1552
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1091
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
978
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
872
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777