AZ

“Bəlkə də, mən həyatımla vidalaşardım”

Xalq artisti Flora Kərimova həyat yoldaşının ölümündən sonra ifa etdiyi ilk mahnıyla bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi instaqram hesabında haqqında çəkilən sənədli filmdən bu barədə danışdığı hissəni izləyiciləriylə bölüşüb.

“Qızımın atası avtomobil qəzasına düşdü. Çox gözlənilmədən oldu. O dövrdə qızım olmasaydı, bəlkə də, mən həyatımla vidalaşardım. Mənə Zivər xanım (red. – şairə Zivər Ağayeva) zəng etdi. Mənim itkimə, dərdimı ithafən o sözləri (red. – “Yoxluğunu bilə-bilə” mahnısı) yazdı. Təbii ki, bir il oxumadım. Mənim hansısa mahnını məşq edib oxumağa heyim yox idi. “Yanağımda göz yaşlarım düzülübdür gilə-gilə, gözləyirəm sən siləsən, yoxluğunu bilə-bilə” sözlərini gətirdi və bu söz məni çox tutdu. Zəng etdim Elza İbrahimovaya (red. – Xalq artisti), dedim bu sözlərə mahnı yazın. Elza bir az emosiyalarını saxlayan adamdır. İki gün bu mahnının üstündə ağlayıb və bir şey çıxmayıb. Çünki mənim itkimi öz itkisi kimi qəbul edirdi. Sonra oturdu, beş-on dəqiqənin ərzində mahnı yarandı. Yoldaşım 1988-də rəhmətə getdi. 1989-da birinci dəfə mən bu mahnıyla çıxdım. Qara paltarda çıxdım. Adımı çəkdilər. Göz yaşlarım da sel kimi axır. Cəmləşdim, elə oxudum, bəlkə də, mən bu mahnını heç vaxt elə küskün, üsyanlı, yazıq, bədbəxt oxumadım”, – deyə, o, söyləyib.

Qeyd edək ki, Flora Kərimova iki dəfə ailəli olub. İbrahim Topçubaşovla evliliyindən övladı olmayıb. İkinci həyat yoldaşı Faiq Şəfiyevdən Zümrüd adlı qızı dünyaya gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
14385
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11331
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9224
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
3081
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2624
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2342
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2341
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2171
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1843
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1650
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1205
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
829
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
773
Azərbaycan nefti ucuzlaşdı
768
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
696
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
693
Arda Gülər dayanmır, yenə fərqləndi -
611