AZ

40-a yaxın bağça müdiri işdən çıxarıldı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb.

Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.

Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək.

E.Bağırov bildirib ki, son 3 ayda 282 nəfər tərbiyəçi-müəllim uşaq bağçalarında işə qəbul olunub. Onun sözlərinə görə, agentliyin fəaliyyəti dövründə uşaq bağçalarına 39 nəfər müdir təyin olunub: "Bu il 17 min nəfər heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. İşdən çıxarılma məsələsi olmayacaq".

O bildirib ki, bu il 36 məktəb direktorunun işə qəbulu rəsmiləşdirilib: "Agentliyin fəaliyyəti dövründə 552 müəllim müddətli əsaslarla işə qəbul olunub. Qurumun fəaliyyəti dövründə 112 müəllimin iş yeri qarşılıqlı şəkildə dəyişdirilib".

Seçilən
169
7
Mənbələr
Şərh ()
Bağla