AZ

Bu il 40-a yaxın bağça müdiri işdən çıxarılıb - Eşqi Bağırov

Bu ilin ötən dövründə uşaq bağçalarında aparılan monitorinq nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb.














"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.






Onun sözlərinə görə, 200-ə yaxın müdirə töhmət, xəbərdarlıq və şiddətli töhmət verilib.






Direktor qeyd edib ki, monitorinqlər mütəmadi davam edəcək.






E.Bağırov bildirib ki, son 3 ayda 282 nəfər tərbiyəçi-müəllim uşaq bağçalarında işə qəbul olunub. Onun sözlərinə görə, agentliyin fəaliyyəti dövründə uşaq bağçalarına 39 nəfər müdir təyin olunub: "Bu il 17 min nəfər heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək. İşdən çıxarılma məsələsi olmayacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
7
Mənbələr
Şərh ()
Bağla