AZ

Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər

Avropa İttifaqı dövlətləri İrana qarşı yeni sanksiya paketinin tətbiqi ilə bağlı razılığa gəliblər.

Bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel məlumat verib.

Sanksiyalar raket və pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan şirkətlərə qarşı yönəldiləcək.

“Biz İrana qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəldik. Bu, İran rəhbərliyinə açıq siqnaldır. Sanksiyaların hədəfi raket və PUA istehsalı ilə məşğul olan şirkətlərdir”, - deyə Mişel bildirib.

Seçilən
198
2
Mənbələr
Şərh ()
Bağla