AZ

İrana qarşı yeni sanksiyalar hazırlanır

ABŞ-ın müttəfiqləri, o cümlədən G7 ölkələri İranın İsrailə qarşı misli görünməmiş hava hücumuna hərtərəfli cavab hazırlamaq səylərini əlaqələndirmək üçün müzakirələrə qoşulur.

Yenicag.az xəbər verir ki, bu barədə milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın dərc olunmuş bəyanatında deyilir.

“Birləşmiş Ştatlar yaxın günlərdə İrana, o cümlədən onun raket və dron proqramlarına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) və İran Müdafiə Nazirliyinə dəstək verən təşkilatlara qarşı yeni sanksiyalar tətbiq edəcək”, – deyə bəyanatda vurğulanır.

“Bundan əlavə, İranın raket və dron imkanlarının effektivliyini daha da zəiflətmək üçün Yaxın Şərqdə raketdən müdafiə və erkən xəbərdarlıq sistemlərinin uğurlu inteqrasiyasını daha da gücləndirmək və genişləndirmək üçün Müdafiə Nazirliyi və ABŞ Mərkəzi Komandanlığı vasitəsilə işi davam etdiririk”, – deyə bəyanatda əlavə olunur.

C. Sallivan deyib ki, yeni sanksiyalar və digər tədbirlər İranın hərbi gücünü və effektivliyini məhdudlaşdırmaq və azaltmaq, habelə Tehranın həyata keçirdiyi qeyri-qanuni əməliyyatlara qarşı təzyiqi artıracaq.

Seçilən
76
50
Mənbələr
Şərh ()
Bağla