AZ

ABŞ İran neftinin Çinə yolunu bağlamaq üçün hərəkətə keçdi

ABŞ Xəzinədarlığı rəsmiləri bu həftə Sinqapur və Malayziyadakı maliyyə institutları və neft şirkətlərinin rəhbərləri ilə danışıqlar apararaq, onları İran neftinin ixracını asanlaşdırmağı dayandırmağa çağıracaqlar.

Musavat.com xəbər verir ki, bu barədə Bloomberg-ə ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bildirib. Nümayəndənin sözlərinə görə, İran nefti Sinqapur və Malaziyanın vasitəsilə əsasən Çinə ötürülür.

Aprelin 24-də ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərmək üçün Konqresin təsdiqlədiyi qanunlar paketini imzalayıb. Paket həmçinin ABŞ-ın məhdudiyyətlərini pozaraq İrandan xammal daşıyan gəmilərə, limanlara və neft emalı zavodlarına məhdudiyyətlər də daxil olmaqla, İranın neft sektoruna qarşı yeni sanksiyaları da əhatə edirdi. Qanunlar paketinə həmçinin Çin maliyyə institutları ilə məhdudlaşdırılmış İran bankları arasında neft və neft məhsullarının ticarəti ilə bağlı bütün əməliyyatlarla bağlı ikinci dərəcəli sanksiyaların genişləndirilməsi də daxildir.

Kpler analitik şirkətinin məlumatına görə, 2023-cü ilin əvvəlindən Çin İrandan gündə orta hesabla 1,2 milyon barel neft idxal edib. Eyni zamanda Bloomberg-in məlumatına görə, İrandan gələn neft 2022-ci ilin ortalarından bəri Çin gömrük orqanlarının rəsmi hesabatlarında görünmür. İran nefti Çinə digər ölkələrin, o cümlədən Malayziya məhsulları adı altında gəlir. Agentlik qeyd edir ki, xammal Malayziyanın ərazi sularında bir tankerdən digərinə ötürülür və bu, ABŞ-ın İranın neft sektoruna qarşı sanksiyalarının sərtləşdirilməsi prosesini çətinləşdirir.
Agentliyin hesablamalarına görə, Sinqapur və Malayziya şirkətlərinə İrandan neft alqı-satqısı üçün əvvəllər tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, enerjidaşıyıcısının satışında nəzərəçarpacaq azalma tendensiyası müşahidə edilmir.

Reuters agentliyinin mayın 7-də verdiyi məlumata görə, Amerika Maliyyə Nazirliyinin rəhbərinin müavini Brayan Nelsonun da daxil olduğu nümayəndə heyətinin səfərinin məqsədi İranın xammal satışından gəlir əldə etməsinin qarşını almaq olacaq.
"İranın neft nəql etmək qabiliyyəti Malayziyada yerləşən bu növ xidmət təminatçılarından asılıdır. Ona görə də biz bu barədə birbaşa malayziyalılarla danışmaq istəyirik", - ABŞ Maliyyə Nazirliyinin sözçüsü Reuters-ə deyib.

“Financial Times”ın (FT) aprel ayında istinad etdiyi “Vortexa” analitik şirkətinin məlumatına görə, İran neftinin ixracı son altı ilin ən yüksək səviyyəsinə çatıb. FT-nin məlumatına görə, 2024-cü ilin ilk üç ayında İran xaricə orta hesabla gündə 1,56 milyon barel neft tədarük edib ki, bu da 2018-ci ildən bəri ən yüksək göstəricidir. İxracın demək olar ki, bütün həcminin Çinə getdiyi dəqiqləşdirilir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23501
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
19337
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16796
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14601
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11472
Helikopterin qalıqları tapılıb
10124
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7353
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6715
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5563
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5380
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5334
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4216
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4212
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3680
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2956
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
2702
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2190
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
1995
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1866