AZ

Bu həftə 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, AzərbaycanMədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinindəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunacaq. Ölkəmizmüasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olanVenesiya Biennalesində 2007-ci ildən iştirak edir. Bu il aprelin20-dən noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi“Əcnəbilər hər yerdədir” (“Foreigners Everywhere”) şüarıaltında keçiriləcək.

Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib.Biennalenin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlıböhranlar fonunda fəaliyyət göstərdiyini bildirən Adriano Pedrosbunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunuqeyd edir. “Əcnəbilər hər yerdədir” ifadəsi iki mənada verilir.Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlərastlaşırıq – onlar (biz) hər yerdədir. İkincisi isə, istənilən yadbir yerə getsək həmişə əcnəbiyik.

16-cı əsrin heyrətamiz memarlıq abidələrindən olan Campodella Tanada yerləşən Azərbaycan pavilyonu isə Venesiyasərgisində “Xəzərdən Çəhrayı Planetə. Mən buradayam” (“FromCaspian to Pink Planet: I Am Here”) mövzusunda təşkil olunubvə biennalenin şüarını özündə əks etdirir.

Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru,53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuşLuka Beatrisin (Luca Beatrice) kuratorluğu ilə yaradılanpavilyonumuzda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov,rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrasıvasitəsilə əcnəbilik mövzusu tədqiq ediləcək - səfərlər,səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətətəsiri göstəriləcək. Şəxsi təcrübələrinə əsaslanan müəlliflərəsərlərində əcnəbilik mövzusunun Azərbaycan üçün aktuallığınıçatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əksetdirir, eyni zamanda incəsənət vasitəsilə digərinə hörmətləyanaşmağın vacibliyini bəyan edirlər. Ziyarətçilər əsərlərəmüxtəlif bucaqlardan baxaraq fərqli mədəniyyətlərin qarışığınınahəngini seyr edib, ümumbəşəri qarşılıqlı anlaşma ideyasınınzəruriliyini görə biləcəklər.

Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla