AZ

Bu həftə 60-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycanın İtaliyadakı səfirliyinin dəstəyi ilə 60-сı Venesiya Biennalesində təmsil olunacaq. Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir.

Bu il aprelin 20-dən noyabrın 24-nədək davam edəcək 60-cı Venesiya Biennalesi "Əcnəbilər hər yerdədir" ("Foreigners Everywhere") şüarı altında keçiriləcək.  

Biennalenin kuratoru Adriano Pedros mövzunu təsadüfən seçməyib. Biennalenin dünyada insanların müxtəlif ölkələrə köçməsi ilə bağlı böhranlar fonunda fəaliyyət göstərdiyini bildirən Adriano Pedros bunun müxtəlif fərqliliklər və çətinliklərlə müşayiət olunduğunu qeyd edir. "Əcnəbilər hər yerdədir" ifadəsi iki mənada verilir. Birincisi, hara getməyimizdən asılı olmayaraq hər yerdə əcnəbilərlə rastlaşırıq - onlar (biz) hər yerdədir. İkincisi isə, istənilən yad bir yerə getsək həmişə əcnəbiyik.

16-cı əsrin heyrətamiz memarlıq abidələrindən olan Campo della Tanada yerləşən Azərbaycan pavilyonu isə Venesiya sərgisində "Xəzərdən Çəhrayı Planetə. Mən buradayam" ("From Caspian to Pink Planet: I Am Here") mövzusunda təşkil olunub və biennalenin şüarını özündə əks etdirir.

Müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətşünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisin (Luca Beatrice)  kuratorluğu ilə yaradılan pavilyonumuzda əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağaraziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq ediləcək - səfərlər, səyahətlər, mühacirətin hər zaman fərdi identiklik və incəsənətə təsiri göstəriləcək. Şəxsi təcrübələrinə əsaslanan müəlliflər əsərlərində əcnəbilik mövzusunun Azərbaycan üçün aktuallığını çatdırır, insanla onun yaşadığı məkan arasındakı dərin bağları əks etdirir, eyni zamanda incəsənət vasitəsilə digərinə hörmətlə yanaşmağın vacibliyini bəyan edirlər. Ziyarətçilər əsərlərə müxtəlif bucaqlardan baxaraq fərqli mədəniyyətlərin qarışığının ahəngini seyr edib, ümumbəşəri qarşılıqlı anlaşma ideyasının zəruriliyini görə biləcəklər.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24483
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13860
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12368
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
9281
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6571
Rəisi öldü, Pakistanda matəm elan edildi
6159
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5842
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5628
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
4636
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4096
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
4057
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3881
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3662
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3545
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3204
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2832
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797