AZ

Çempionlar Liqasının yarımfinalçıları məlum olub

UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin iştirakçıları bəlli olub.

1/4 final mərhələsinin son oyunu, “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) qarşılaşması ilə Avropanın ən güclü dördlüyüynün adına aydınlıq gəlib.

“Etihad” stadionundakı matçın əsas vaxtı 1:1 bitib.

Əlavə olunmuş vaxtda da hesab dəyişmədiyindən qalibi müəyyən etmək üçün penalti seriayası oynanılıb.

Burda daha dəqiq olan ispanlar yarımfinala yüksəlib.

İlk oyunda 3:3 hesablı heç-heçə qeydə alınmışdı.

Yarımfinal mərhələsinə aprelin 30-da “Signal Iduna Park” arenasında “Borussiya”-PSJ oyunu ilə start veriləcək. Cavab görüşü isə mayın 7-də olacaq.

Digər qarşılaşmada isə “Bavariya” – “Real” oyunu olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
2
Mənbələr
Şərh ()
Bağla