AZ

Çempionlar Liqası: “Bavariya” “Arsenal”ı yenərək yarımfinala vəsiqə qazanıb

Almaniyanın “Bavariya”sı Çempionlar Liqasının yarımfinalına çıxıb. SİA xəbər verir ki, münxenlilər turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin “Arsenal”ını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar.

Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub. İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

1974, 1975, 1976, 2001, 2013 və 2020-ci illərdə turnirin qalibi olan “Bavariya” Çempionlar Liqasının altıqat qalibidir. “Arsenal” bir dəfə turnirin finalında çıxış edib: 2006-cı ildə “topçular” İspaniyanın “Barselona”sına uduzub.

Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi son turun həlledici matçında İtaliya “İnter”ini məğlub edən “Mançester Siti”dir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
5
Mənbələr
Şərh ()
Bağla