AZ

Ölkəmiz Avropa İttifaqının etibarlı yaşıl hidrogen tədarükçüsü olacaq

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən Yaşıl Hidrogen Sammitində iştirak edib.
“Yaşıl Hidrogen İqtisadiyyat­larını Sürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrə Nazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanın transformativ inkişaf və enerji tə­chizatçısı gündəliyinin əsas kom­ponentlərindən olduğunu qeyd edib. Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasın­da 28 qiqavatdan çox yaşıl enerji layihələri üzrə “Masdar”, “ACWA Power”, BP, “Fortescue” və digər beynəlxalq enerji şirkətləri ilə im­zalanmış əməkdaşlıq sənədlə­rində yaşıl hidrogen istehsalının da nəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı ilə yana­şı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbay­can-Avropa” yaşıl enerji dəhlizləri çərçi­vəsində beynəlxalq tərəfdaşlarla əmək­daşlıq edildiyi bildirilib.
“Yaşıl hidrogen ölkəmizin enerji təchizatında yeni mənbə və dəhlizlərlə mövqeyini möhkəmləndirməsi, həmçi­nin 2050-ci ilədək karbon emissiyalarını 40 faiz azalda bilməyimiz üçün mühüm əhəmiyyət daşıyır.“Xəzər-Qara dəniz-Av­ropa” yaşıl enerji dəhlizi vasitəsilə Azər­baycan yaşıl hidrogen üzrə də Aİ üçün etibarlı tədarükçü olacaq”, – deyə nazir əlavə edib.
XQ

Seçilən
66
4
Mənbələr
Şərh ()
Bağla