AZ

Energetika naziri Yaşıl Hidrogen Sammitində və IRENA Assambleyasının 14-cü sessiyasında iştirak edəcək

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinə(BƏƏ) səfər edib. Nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti16-18 aprel tarixlərində Əbu-Dabi şəhərində keçiriləcəkDayanıqlılıq Həftəsi çərçivəsində Yaşıl Hidrogen Sammitində vəBeynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) Assambleyasının14-cü sessiyasında iştirak edəcək.

Trend xəbər verir ki, Energetika nazirinin Yaşıl HidrogenSammiti çərçivəsində “Yaşıl Hidrogen İqtisadiyyatlarınıSürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” adlınazirlər panelində məruzəçi qismində iştirakı, IRENAAssambleyasının 14-cü sessiyası çərçivəsində isə IRENA FəaliyyətKoalisiyasının “100% Bərpa Olunan Enerji Sisteminə doğru TəkanınYaradılması” mövzusunda keçiriləcək Yüksək Səviyyəli Dövlət-ÖzəlDialoqunda və “Bərpa Olunan Enerjinin Üçqat Artırılması” mövzusuüzrə yüksək səviyyəli plenar sessiyada çıxışı nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsiplanlaşdırılır.

Seçilən
54
13
Mənbələr
Şərh ()
Bağla