AZ

Energetika naziri Abu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərininpaytaxtında Abu-Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilənYaşıl Hidrogen Sammitində iştirak edib.

Trend xəbər verir ki, “Yaşıl Hidrogen İqtisadiyyatlarınıSürətləndirmək üçün Milli Strategiyalar və Siyasətlər” üzrəNazirlər Panelində energetika naziri hidrogenin Azərbaycanıntransformativ inkişaf və enerji təchizatçısı gündəliyinin əsaskomponentlərindən olduğunu qeyd edib.

Bildirilib ki, hidrogenin istehsalı, ondan istifadə Azərbaycanın“təmiz ətraf mühitə malik yaşıl artım” ölkəsi kimi inkişafstrategiyası, azad edilmiş ərazilərin “yaşıl enerji zonası”naçevrilməsi, həmçinin, Avropa İttifaqı ilə enerji tərəfdaşlığınadair strateji sənədlərdə öz əksini tapır.

Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı əsasında28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə “Masdar”, “ACWAPower”, bp, Fortescue və digər beynəlxalq enerji şirkətləri iləimzalanmış əməkdaşlıq sənədlərində “yaşıl hidrogen” istehsalının danəzərdə tutulduğu vurğulanıb. Hazırda hidrogenin istehsalı iləyanaşı, ixracı aspektində “Xəzər dənizi-Qara dəniz-Avropa”,“Mərkəzi Asiya-Azərbaycan-Avropa” yaşıl enerji dəhlizləriçərçivəsində beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edildiyibildirilib.

“Yaşıl hidrogen” ölkəmizin enerji təchizatında yeni mənbə vədəhlizlərlə mövqeyinin möhkəmləndirməsi, həmçinin 2050-ci ilədəkkarbon emissiyalarını 40% azalda bilməyimiz üçün mühüm əhəmiyyətdaşıyır.“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsiləAzərbaycan “yaşıl hidrogen” üzrə də Aİ üçün etibarlı tədarükçüolacaq”, - deyə nazir əlavə edib.

Bundan başqa, əlverişli, təhlükəsiz və “təmiz enerji” sisteminəkeçidin vacib hissəsi kimi hidrogen sənayesinin inkişafını təminedən amillərdən bəhs edilib. Azərbaycanın COP29-a sədrlikmissiyasının yaşıl hidrogenin inkişafına da maliyyə dəstəyini təminetməklə yaşıl enerji keçidinə töhfə verəcəyi bildirilib.

Energetika
Energetika
Seçilən
57
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq